Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.11.2022 12:15
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunda Zəfər Gününə həsr olunmuş seminar keçirilib

Qafqazşünaslıq İnstitutunda Zəfər Gününə həsr olunmuş seminar keçirilib

AMEA-nın Qafqazşünaslıq İnstitutunda Zəfər Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə institutun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı alim və tədqiqatçıları Zəfər Günü münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb.

İnstitutun şöbə müdiri, t.ü.f.d. Günel Musayeva “Böyük Zəfər və Cənubi Qafqazda reallıqlar” mövzusunda geniş məruzə edib. O, İkinci Qarabağ müharibəsində qazanılan qələbənin səbəblərini, region və dünya üçün əhəmiyyətini dərindən təhlil edib.

Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay Feyziyeva, Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: