Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.11.2022 14:25
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda Zəfər Gününə həsr olunan tədbir keçirilib

Polimer Materialları İnstitutunda Zəfər Gününə həsr olunan tədbir keçirilib

Polimer Materialları İnstitutunun Elmi şurasının Zəfər Gününə həsr olunan iclası keçirilib.

Əvvəlcə vətən uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

İclası institutun baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov açaraq 27 sentyabr 2020-ci ildə xalqımızın mənfur düşmənin növbəti hücumuna qarşı Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə başlayan zəfər yürüşündən, 44 gün sürən Vətən müharibəsinin tarixi əhəmiyyətindən və əldə olunan şanlı qələbədən danışıb.

Daha sonra Beynəlxalq əlaqələr və  qrant layihələri şöbəsinin müdiri Esmira İmanova işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq işlərindən bəhs edən “Böyük Qayıdış” adlı təqdimatla çıxış edib.

İnstitutun Həmkarlar Təşkilatının sədri, Makromonomer əsaslı polimer materiallar lаbоrаtоriyаsının müdiri, kimya üzrə fəlsəfə doktoru Аynurə Məmmədovа isə çıxışında Vətən müharibəsinin bizim şanlı tariximiz, şəhidlərin və qazilərin qürur mənbəyimiz olduğunu qeyd edib. Sonra iclasda iştirak edən Vətən müharibəsi iştirakçıları – Təchizat və xidmət şöbəsinin iş icraçısı Şəmsəddin Hüseynov və mühəndis Vaqif İbrahimov bütün qazilərə cansağlığı, şəhidlərə Allahdan rəhmət diləyib.

Sonda müəssisənin baş direktoru Bəxtiyar Məmmədov əməkdaşları Zəfər Günü münasibətilə təbrik edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: