Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.11.2022 14:43
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun və gənc alimlərin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Ədəbiyyat İnstitutunun və gənc alimlərin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açaraq Zəfər Gününün qürurundan söz açıb: “Vətən müharibəsi və zəfərimiz bizim hədəfimizdən çox, arzularımız idi. Vətən müharibəsi dünya üçün bir nümunə idi. Akademiyanın əməkdaşlarından da Vətən müharibəsində iştirak edənlər vardı. Xalqımızın Ali Baş Komandanımızın ətrafında birləşməsi nəticəsində zəfərə imza atdıq”.
Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev çıxış edərək gənc alimlərin qalib ölkənin ziyalıları kimi fəaliyyətindən danışıb.
Tədbirdə Vətən müharibəsi qazisi, kapitan Ruhin Mikayılova həsr olunmuş videoçarx nümayiş etdirilib. Kapitan Ruhin Mikayılov çıxışında Qarabağın zəfərə gedən mübarizə tarixindən və döyüş xatirələrindən söz açıb.
Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva “Zəfər Günü bədii ədəbiyyatda”, Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Günel Oruclu “Post-müharibə dövründə fəaliyyət istiqamətlərimiz”, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Babazadə “Şanlı tarixi zəfərimiz” mövzusunda məruzələrini səsləndiriblər.
Tədbirdə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Ülviyyə Qurbanova və digər institutların gənc alimləri qələbə tariximiz və bu işdə ziyalıların mövqeyi barədə fikirlərini bölüşüblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: