AR Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Yığıncaq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş nitqi ilə açan institutun baş direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, 8 noyabr müasir Azərbaycanın müstəqillik tarixinə şərəflə və qızıl hərflərlə yazılan bir gündür.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsində ordunun, xalqın və hakimiyyətin möhkəm bir yumruq şəklində birləşməsi böyük qələbəmizin qazanılmasında həlledici rol oynayıb. Vaqif Fərzəliyevin sözlərinə görə, böyük zəfərin əldə edilməsində Müzəffər Ali Baş Komandan, qüdrətli ordu və xalqın birliyi oldu.
Sonra İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova və digər gənc mütəxəssislər Lalə Əliyeva, Leyla Vahidzadə və Lamiyə Kazımzadə təqdimatlarla çıxış ediblər.
Onlar məruzələrində Vətən müharibəsində ordunun və xalqın göstərdikləri qəhrəmanlıq və fədakarlıqlardan, dövlət və xalqın müharibə şəhidləri və qazilərinə göstərdikləri qayğı və köməkdən bəhs ediblər.
Sonda 44 günlük Vətən müharibəsinə və Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.