Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.11.2022 10:54
  • A-
  • A
  • A+

Botanika İnstitutunda elmi seminar keçirilib

Botanika İnstitutunda elmi seminar keçirilib

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Seminar şurası və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə elmi seminar keçirilib.

Seminarda Mikologiya şöbəsinin kiçik elmi işçisi, fəlsəfə doktoru hazrlığı proqramı üzrə 1-ci kurs doktorant Yaqut Yusifova çıxış edib. O, COMSTECH Konsorsiumunun Mükəmməllik Təqaüdü çərçivəsində Pakistanın Karaçi Universitetində “Ksilotrof dərman əhəmiyyətli göbələklərin tədqiqi” adlı mövzu üzrə apardığı 8 aylıq tədqiqatlara dair ətraflı məlumat verib. Y.Yusifova bildirib ki, ezamiyyətdə olduğu müddətdə Dr. prof. Atia tul-Vahabın rəhbərliyi altında Biotransformasiya laboratoriyasında çalışıb və tədqiqat müddətində nazik təbəqəli xromatoqrafiya (TLC), yüksək performanslı maye xromatoqrafiya (HPLC), NMR və Mass xromotoqrafiya metodlarına yiyələnib,  göbələk mənşəli bioloji aktiv maddələri və onların antifungal, antimikrob təsirini araşdırıb.

Seminarda ksilotrof göbələklərin əhəmiyyəti, hal-hazırda bu istiqamətdə aparılan tədqiqatlar ətrafında geniş müzakirələr aparılıb, gənc tədqiqatçıya elmi fəaliyyəti üçün yeni təklif və məsləhətlər verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: