Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.11.2022 12:20
  • A-
  • A
  • A+

Almaniyada yaşayan azərbaycanlı alim MEK-də olub

Almaniyada yaşayan azərbaycanlı alim MEK-də olub

Almaniyada yaşayan azərbaycanlı alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü  Rasim Sadıxov (Rasim Sadiq) AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanışlıq zamanı qonaq Ulu Öndər Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillərindən ibarət guşələrə baxıb, burada sərgilənən dəyərli nəşrlərə, həmçinin “Zəfər memarları”, “Biz qalib xalqıq!”, “Qarabağ Azərbaycandır!” başlıqlı stendlərə nəzər yetirib. Fondda müharibənin gerçəklikləri, müxtəlif illərdə ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələr, eləcə də 44 günlük Vətən müharibəsində igid oğullarımızın göstərdiyi qəhrəmanlıqlar və s. mövzularda sərgilənən kitablar haqqında MEK-in baş direktoru, professor Məmməd Əliyev qonağa ətraflı məlumat verib.

Görüş zamanı Rasim Sadıxov “Yalanlar tarixinin gerçək üzü” adlı araşdırmalar silsiləsinin birinci kitabı olan “Hay soyu ərmən cildində” monoqrafiyasını kitabxanaya hədiyyə edib.

Qeyd edək ki, əsərdə son üç yüz ildə dünya tarixşünaslığına təlqin olunan “beş min illik erməni tarixi”nin yalanları araşdırılıb, bugünkü ermənilərin əcdadı olan “hay” etnosunun yaranması, eləcə də Anadoluya və Cənubi Qafqaza miqrasiyasının tarixi, səbəbləri, hərəkətverici qüvvələri, dəstəkçiləri və nəticələri üzə çıxarılıb.

Roman və dərsliklərin müəllifi kimi oxuculara yaxından tanış olan alim Rasim Sadıxov hazırda Almaniyada yaşayır və dilçilik fəaliyyəti ilə məşğuldur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: