Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.11.2022 14:22
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun gənc alimlərinin illik hesabatı dinlənilib

Ədəbiyyat İnstitutunun gənc alimlərinin illik hesabatı dinlənilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 2022-ci il üçün illik hesabatı dinlənilib.

Hesabatı GAMŞ-nın sədri, filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva təqdim edib. O, çıxışında bildirib ki, 2022-ci il Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun gənc alimləri üçün uğurlu keçib. Gənc elm adamları həm ölkə daxilində, həm də xaricdə keçirilən konfrans və tədbirlərdə, elm festivallarında yaxından iştirak edib, əksəriyyəti impakt faktorlu olmaqla bir sıra jurnallarda məqalələr dərc etdiriblər. Bundan əlavə Ədəbiyyat İnstitutunun gənc alim və mütəxəssisləri respublikamızın ictimai həyatında da fəallıqları ilə seçilib, müxtəlif tədbirlərdə yaxından iştirak ediblər. Şəfa Əliyeva GAMŞ-nın üzvlərinin illik fəaliyyətini slaydlarla da tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Cari ildə Ədəbiyyat İnstitutunun doktorantura və dissertantura təhsil pilləsinə qəbul olan gənclər özləri haqqında məlumat verərək Şuranın digər üzvlərinə təqdim olunublar.

Tədbirdə çıxış edən Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli bildirib ki, bu il ilk dəfə olaraq GAMŞ-nın illik hesabatı ayrıca dinlənilib və təkcə doktorant və dissertantların deyil, institutun magistrantları da illik hesabatlarını təqdim ediblər. Natiq AMEA-da gənclərə olan diqqət və qayğının artırıldığını, bunun bariz nümunəsi olaraq yaşı 35-ə qədər olan gənc elm adamlarının məhsuldar fəaliyyətinin digər illərə nisbətən yüksək olmasını xüsusi vurğulayıb. Sonda Mehman Həsənli GAMŞ-nın illik hesabatını qənaətbəxş adlandırıb və öz tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: