Türkiyənin Trabzon şəhərində Təhsil və Elm üzrə Beynəlxalq Tədqiqat Cəmiyyəti (ISRES) və Qaziantep Universiteti tərəfindən tədqiqatçıların bilik və təcrübə mübadiləsi üçün multidisiplinar beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Tədbirdə iştirak edən Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun Müasir geodinamika və kosmik geodeziya şöbəsinin aparıcı elmi işçisi Aynur Zamanova və böyük elmi işçi Günel Sadıqova “Mühəndislik və Texnologiya üzrə V Beynəlxalq Konfransda (5th International Conference on Basic Sciences, Engineering and Technology (ICBASET-2025))”-də Aynur Zamanova “Digital analysis of gravity data of the Absheron Peninsula”, Günel Sadıqova “3D Interpretation of Gravity Anomalies in the Potentially Promising Oil and Gas Region of Ajinohur” mövzusunda çıxış edib.
Beynəlxalq konfrans 6 müxtəlif elmi istiqamətdə yeni nəticələr haqqında əsas məqamları əhatə edib. İngilis dilində təqdim olunan və dərc olunmaq üçün uyğun hesab edilən bütün məqalələr Scopus bazasına daxil olan Eurasia Proceedings of Science, Technology, Engineering & Mathematics (EPSTEM) ( www.epstem.net ) jurnalında dərc olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.