Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.11.2022 14:38
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun əməkdaşı Xəzər dənizində aparılan monitorinqlərdə iştirak edib

Neft və Qaz İnstitutunun əməkdaşı Xəzər dənizində aparılan monitorinqlərdə iştirak edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu və SOCAR-ın əməkdaşlarından ibarət ekspedisiya qrupu 4-15 noyabr 2022-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Əlif Hacıyev” adına elmi-tədqiqat gəmisi ilə Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən neft-qaz yataqlarının Xəzər dənizinə və eləcə də ətraf mühitə təsirinin müəyyənləşdirilməsi, dənizin hidroloji və hidrokimyəvi vəziyyətinin, bioloji ehtiyatlarının öyrənilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə olunması məqsədilə kompleks tədqiqatlar və monitorinqlər keçirib.

Bundan əlavə, ekspedisiya qrupu tərəfindən Lənkəran, Kür dili və Cənub-Şərqi Qoltuq məntəqələrində Xəzər dənizinin hidrobioloji vəziyyəti təhlil edilib, ekoloji monitorinqlər həyata keçirilib.

Ekspedisiya zamanı 17 məntəqə üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos, hava nümunələri götürülüb, hidrometeoroloji ölçmələr və müxtəlif komponentlər üzrə tədqiqatlar aparılıb.

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşı İsmayıl İsmayılov bu monitorinqdə iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: