Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.11.2022 12:42
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun Elmi şurasının iclası keçirilib

Dilçilik İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının iclası keçirilib.

İclasda elmi müəssisənin 2022-ci ildə elmi-tədqiqat planına əsasən gördüyü işlər müzakirə olunub.

İnstitutun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli gündəlikdəki məsələlər haqqında şura üzvlərinə məlumat verib. O, cari ildə aparılan elmi-tədqiqat işlərinin nəticələri, onların elmi və praktiki əhəmiyyətindən danışıb. 

Şöbə müdirləri hesabat ilində keçirilən beynəlxalq və respublika əhəmiyyətli elmi konfranslar, əməkdaşların iştirak etdiyi beynəlxalq konfranslar haqqında məlumat verib. Əməkdaşların beynəlxalq indeksli jurnallarda dərc edilən elmi məqalələri barədə statistik göstəricilər və nəşrləri diqqətə çatdırıb.

İnstitutun nəzdindəki Dissertasiya şurasının işi, dosent Sevinc Məmmədova, İctimaiyyətlə əlaqələr şöbəsinin illik fəaliyyəti, dosent Təranə Şükürlü, Təhsil şöbəsinin illik hesabatı, dosent Rasim Heydərov və Gənc Alim və Mütəxəssislər Şurasının elmi-praktik işləri, f.ü.f.d. Günel Orucovanın təqdimatında dinlənilib.

Sonra institutun elmi katibi, dosent Aynel Məşədiyeva cari məsələləri diqqətə çatdırıb. İclasda 2022-ci ilin elmi-tədqiqat işlərinin yoxlanılması ilə əlaqədar komissiya tərkibinin yaradılması və müddətinin təyin edilməsi, qış sessiyası doktorluq imtahanları komissiyalarının təsdiqi barədə məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: