Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.11.2022 16:28
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun alimləri hesabat veriblər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun alimləri hesabat veriblər

AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova gündəlikdə duran məsələlər haqqında şura üzvlərinə məlumat verib.

Sonra Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası, Genomun quruluşu və ekspressiyası laboratoriyalarının və Təhsil şöbəsinin illik hesabatları dinlənilib. Laboratoriya müdirləri - AMEA-nın müxbir üzvü Novruz Quliyev və biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov cari ildə aparılmış elmi tədqiqatlar, əldə edilən nəticələr, çap olunmuş elmi əsərlər, yerli və beynəlxalq tədbirlərdə iştirak və kadr hazırlığı haqqında şura üzvlərinə ətraflı məlumat veriblər. Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova doktorantura və magistraturada təhsil alan tələbələr, cari ildə qəbul və növbəti il üçün plan yerlərinin sifarişi, xaricdə təhsil alan tələbələr və kadr hazırlığı ilə bağlı digər məsələlər haqqında hesabat verib.

Sonda müzakirələr aparılıb, təkliflər verilib və laboratoriyaların fəaliyyəti qənaətbəxş hesab edilərək hesabatlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: