AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Tədbirdə institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri iştirak ediblər.
İclasda institutun Texniki obyektlərin və proseslərin modelləşdirilməsi laboratoriyası, Neftqazçıxarma obyektlərinin intellektual diaqnostika və idarəetmə sistemləri laboratoriyası və İdarəetmə sistemlərinin texniki vasitələrinin işlənilməsi üsulları laboratoriyasının 2022-ci il üzrə hesabatları dinlənilib.
Sonda dinlənilən hesabatlarla bağlı geniş müzakirə aparılıb, açıq səsvermə keçirilərək hesabatlar müsbət qiymətləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.