AMEA-nın Qafqazşünaslıq İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclası institutun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova açıb.
İclasda İnstitutun Elmi şurasının tərkibində qismən dəyişiklik edilib. AMEA-nın müxbir üzvü Musa Qasımlı öz xahişi ilə institutun Elmi şurasının sədri vəzifəsindən azad edilib və direktor vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova institutun Elmi şurasının sədri vəzifəsini icra edən seçilib.
AMEA-nın müxbir üzvü Musa Qasımlı öz xahişi ilə “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının baş redaktoru vəzifəsindən azad edilib və institutun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova baş redaktor vəzifəsini icra edən seçilib.
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Kommunikasiyası üzrə Fəaliyyət Planının icrasının təmin edilməsi haqqında AMEA Rəyasət Heyətinin 7 oktyabr 2024-cü il tarixli qərarı, AMEA-nın elmi müəssisələrində 2024-cü ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların hazırlanması haqqında AMEA Rəyasət Heyətinin 21 oktyabr 2024-cü il tarixli qərarı, 2025-ci il üçün AMEA-da aparılacaq elmi-tədqiqat işlərinin planlaşdırılması haqqında AMEA Rəyasət Heyətinin 21 oktyabr 2024-cü il tarixli qərarı ilə Elmi şura üzvləri tanış edilib.
2024-cü il üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi ilə bağlı yoxlama komissiyası təşkil edilib.
Qafqaz ölkələrinin beynəlxalq əlaqələri şöbəsinin elmi işçisi Aynur Kərimlinin “Azərbaycan Respublikası və İsrail Dövləti arasında iqtisadi əlaqələr” adlı məqaləsi çapa tövsiyə edilib.
Sonra iclasda cari məsələlərə də baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.