Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.11.2024 10:38
  • A-
  • A
  • A+

Folklor İnstitutunda doktorant və dissertantlar üçün növbəti mühazirə oxunub

Folklor İnstitutunda doktorant və dissertantlar üçün növbəti mühazirə oxunub

Folklor İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması istiqamətində keçirilən tədbirlər çərçivəsində növbəti mühazirə oxunub.

Mühazirəni institutun azsaylı xalqların folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Oruc Əliyev deyib. “Nağıllarda söyləyicilik ənənəsi” mövzusunda olan mühazirədə nağıl söyləyiciliyinin spesifikasından söz açılıb, bu xalq yaradıcılığı örnəklərinin kompozisiya elementləri, süjet tipləri, nağıl poetikasının tərkib hissələrindən olan ənənəvi formullardan bəhs olunub.

“Azərbaycan folklorunun əski çağlarından bəri yaranıb formalaşmış nağıllar mifoloji görüşləri, etiqadları, adət-ənənələri öyrənmək üçün zəngin informasiya qaynağı, milli özünüdərkin tarixi-poetik ifadəsi olmaqla, xalqa aid mədəni dəyərlərin məcmusudur. Digər folklor janrları kimi, nağıl janrının da nəinki hər xalqda, eləcə də hər bir regionda özünəməxsus fərqləndirici xüsusiyyətləri mövcuddur. Bu, yaradıcılıq prosesi, söyləyicilik ənənəsi ilə bağlıdır. Hər bir regionun nağıl repertuarında aparıcı motivlər və orijinal süjetlərin olduğunu söyləmək mümkündür, - deyə alim vurğulayıb.

Mühazirə doktorant və dissertantlar tərəfindən maraqla qarşılanıb, mövzu ilə bağlı geniş elmi diskussiya aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: