Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.11.2022 12:32
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasının şöbələri illik hesabat veriblər

Şamaxı Astrofizika Rəsədxanasının şöbələri illik hesabat veriblər

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi şöbələrində 2022-ci ildə elmi və elmi-təşkilati fəaliyyətin yekunlarına dair hesabat iclası keçirilib.

Şöbələr üzrə hesabat iclaslarında elmi işçilərin çıxışları dinlənilib. Çıxışlarda hesabat ili ərzində görülmüş işlərin icmalı təqdim edilib, əldə olunmuş elmi nəticələr, yerli və xaricin jurnallarda dərc edilmiş elmi məqalələr, qrant layihələri və ezamiyyətlər haqqında geniş məlumat verilib.

İclaslarda hər bir əməkdaşın elmi fəaliyyətilə yanaşı, elmi-ictimai fəaliyyəti də qiymətləndirilib. Belə ki, elmin populaşdırılması, orta ümumtəhsil məktəblərində astronomiyanın təbliği istiqamətində fəaliyyətlərdə gənc əməkdaşların xüsusi çəkisinin olması təqdirəlayiq hesab edilib.

Çıxışlar ətrafında geniş müzakirələr aparılıb, əməkdaşlara elmi və elmi-təşkilati fəaliyyətin daha səmərəli təşkili ilə əlaqədar təkliflər irəli sürülüb. 

Qeyd edək ki, şöbələr üzrə hesabat iclasları, əməkdaşların bəzilərinin xarici elmi ezamiyyətdə olması nəzərə alınmaqla həm onlayn, həm də ənənəvi üsulla keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: