Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Cövdət Hacıyev və Məmməd Saleh İsmayılovun not əlyazmaları. Kağan dağlar” adlı kitab işıq üzü görüb
23.11.2022 15:32
  • A-
  • A
  • A+

“Cövdət Hacıyev və Məmməd Saleh İsmayılovun not əlyazmaları. Kağan dağlar” adlı kitab işıq üzü görüb

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Azərbaycan xalq musiqi tarixi və nəzəriyyəsi şöbəsi son illər “Milli musiqi irsimizin açılmamış səhifələri (Arxiv materialları əsasında)” layihəsi üzərində işləyir.

Həmin layihə üzrə ərsəyə gələn yeni nəşrlərdən biri də “Cövdət Hacıyev və Məmməd Saleh İsmayılovun not əlyazmaları. Kağan dağlar” adlı kitab-notdur. Kitabın müəllifi şöbənin müdiri, sənətşünaslıq doktoru, professor İradə Köçərlidir.

Kitab üç bölmədən ibarətdir. I bölmədə müəllif el havaları arasından “Kağan dağlar” havasını seçib və həmin havanın adı və obrazlarının mühüm tarixi-semantik məzmun daşıdığını və xalqımızın tarixi, mifoloji, fəlsəfi düşüncələrinin izlərinin göstəricisi, qədim keçmişimizlə bağlantısı olduğunu nəzərdən keçirib. Bu baxımdan, havanın etimoloji mənşəyi araşdırılıb və musiqili-nəzəri təhlili verilib. II bölmədə 50-dən çox Azərbaycan el havasının əlyazmalarının rəqəmsal yazıları verilib. Bu notasalmalar institutun arxivindən əldə edilmiş materiallardır. III bölmədə isə bəzi musiqi örnəklərinin əlyazmalarının foto-surətləri yer alıb.

Kitabda yer alan elmi araşdırmalar və not yazıları ilk dəfə təqdim olunur və heç şübhəsiz, musiqi ictimaiyyəti tərəfindən maraqla qarşılanacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: