Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.11.2022 11:22
  • A-
  • A
  • A+

Görkəmli alim Həsən Mirzəyevin 95 illiyinə həsr olunmuş konfrans keçirilib

Görkəmli alim Həsən Mirzəyevin 95 illiyinə həsr olunmuş konfrans keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Müasir Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfrans mərhum professor, “Şöhrət” ordenli, Əməkdar elm xadimi Həsən Mirzəyevin 95 illik yubileyinə həsr olunub.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, ADPU-nun rektoru professor Cəfər Cəfərov, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, Azərbaycan Dillər Universiteti (ADU) rektoru Kamal Abdullayev, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən rektor C.Cəfərov Həsən Mirzəyevin fəaliyyəti və Azərbaycan elminə verdiyi töhfələr barədə məlumat verib. Ardınca Həsən Mirzəyevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən İ.Həbibbəyli bildirib ki, Həsən Mirzəyev Azərbaycan dilçilik elminin bir çox sahələri ilə professional şəkildə məşğul olub. Onun sözlərinə görə, H.Mirzəyev Azərbaycan feilşünaslığına öz möhrünü vurub.

E.Babayev çıxışında H.Mirzəyevin Azərbaycanın ictimai siyasi həyatında fəal iştirak etdiyini xatırladıb. Rektor bildirib ki, onun yazdığı məqalələr, etdiyi çıxışlar Azərbaycanın inkişafı üçün əhəmiyyət kəsb edib. Qeyd edilib ki, H.Mirzəyevin Azərbaycan folkloruna şərəfli xidməti hər kəsə örnəkdir.

Daha sonra digər çıxışçılar da H.Mirzəyevlə bağlı xatirələrini bölüşüblər.

Report

  • Paylaş: