Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.12.2022 09:35
  • A-
  • A
  • A+

NKPİ-nin Elmi şurasında laboratoriyaların illik hesabatları dinlənilib

NKPİ-nin Elmi şurasında laboratoriyaların illik hesabatları dinlənilib

AR Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) Elmi şuranın illik hesabatlara həsr olunan növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru, akademik Vaqif Abbasov açıb, gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış edib. NKPİ-də keçirilən iclasda AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi şurasının üzvü, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı və AMEA Rəyasət Heyəti aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov iştirak ediblər.

İclasda Polifunksional kompleksonlar və metalkompleks birləşmələr laboratoriyasının müdiri, kimya elmləri doktoru, dosent Füzuli Nəsirov, Polifunksional monomerlər və oliqomerlər laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Minavər İbrahimova və Tsikloalkilfenolların kimyası və texnologiyası laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Çingiz Rəsulovun 2022-ci il ərzində apardıqları elmi-tədqiqat işləri, əldə olunan mühüm nəticələr, nəşr olunan məqalələr haqqında məruzələri dinlənilib və məruzələr ətrafında müzakirələr aparılıb.

Təqdim olunan hesabatlar Elmi şura tərəfindən qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: