Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.12.2022 09:56
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun şöbələri illik hesabat veriblər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun şöbələri illik hesabat veriblər

AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq laboratoriyaları, Həmkarlar təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurasının illik hesabatı olub. Molekulyar biomühəndislik beynəlxalq laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov, Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Süleyman Allahverdiyev, Molekulyar biotexnologiya beynəlxalq laboratoriyasının böyük elmi işçisi Aytən Ağayeva, Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Qərib Mürşüdov cari ildə laboratoriyalarda görülən işlər, dərc olunan məqalələr və kadr hazırlığından bəhs ediblər.

İnstitutun Həmkarlar təşkilatının sədri, b.ü.f.d. Səadət Xudaverdiyeva il ərzində institut əməkdaşlarına edilən yardımlar haqqında məlumat verib. Sözügedən elmi müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərgiz Bayramova gənclərin cari ildəki fəaliyyəti, dərc olunan elmi işlər, beynəlxalq və yerli konfranslarda iştirakından bəhs edib.

Sonda edilən çıxışlar ətrafında müzakirələr aparılıb, təkliflər verilib və hesabatlar qənaətbəxs hesab edilərək qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: