Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şəki Regional Elmi Mərkəzində aparılmış tədqiqatların nəticələri nüfuzlu jurnallarda çap olunub
05.12.2022 17:26
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzində aparılmış tədqiqatların nəticələri nüfuzlu jurnallarda çap olunub

AMEA-nın Şəki Regional Elmi Mərkəzində son bir ildə uğurlu elmi nəticələr əldə edilib. Belə ki, mərkəzin rəhbərliyi və kollektivi elmi-tədqiqat istiqamətlərinə müvafiq olaraq tədqiqat işləri yerinə yetirib, tədqiqatların multidissiplinar xarakterini nəzərə alaraq onların nəticələrinin ölkədaxili və xaricdə elmi nəşrlərdə işıqlandırılması, indeksli elmi bazalara malik olan jurnallarda dərc edilməsinə üstünlük veriblər.

Belə ki, elmi mərkəzin əməkdaşları respublika daxilində və xaricdə (Türkiyə, Qazaxıstan, Polşa, İtaliya, Rusiya), beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda ümumilikdə 50-ə qədər məqalə nəşr etdiriblər.

Nəşr olunmuş məqalələrdən 10-u “Scopus”, 3-ü isə “Web of Science” bazalarında indeksləşən elmi jurnallarda öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: