Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.12.2022 09:18
  • A-
  • A
  • A+

Professor Abbas Seyidov Rusiyada keçirilən beynəlxalq konfransda çıxış edib

Professor Abbas Seyidov Rusiyada keçirilən beynəlxalq konfransda çıxış edib

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, t.e.d., professor Abbas Seyidov Rusiya Federasiyasının Başqırdıstan Respubliksının paytaxtı Ufa şəhərində keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib.

Tədbirdə Rusiya, Özbəkistan, Azərbaycan, Qazaxıstan və Monqolustandan gələn alimlər iştirak ediblər.

Konfrans iştirakçıları öncə Ufa şəhərindən təxminən 400 km aralıda ibtidai insan məskəni olan  məşhur Şulqan - Taş mağarasında və orada bu ilin iyul ayında açılmış müasir tipli muzeydə olublar. Mağaranın içərisinə uzanan yolların uzunluğu 3 km-dən artıqdır. Şulqan çayı mağaranın altından keçərək, onun giriş hissəsində yenidən üzə çıxır.

Qonaqlar Başqırdıstanın Milli Tarix Muzeyində, Arxeologiya və Etnoqrafiya Muzeyində saxlanılan qiymətli əşyalarla, xüsusən sarmat dövrünün qızıl əşyaları ilə tanış olub, Salavat Yulayevin abidəsini ziyarət ediblər.

A.Seyidov üzəri gözəl əl işi ilə bəzədilən Azərbaycan Respublikasının Dövlət Bayrağının kiçik maketini konfransın təşkilatçılarına hədiyyə edib.

Ufa televiziyasına, Başqırdıstanın müxtəlif informasiya agentliklərinə müsahibə verən baş direktor çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı işğal altında olan torpaqlarımızı mənfur düşmən tapdağından azad etdi.

Tədbir çərçivəsində qarşılıqla razılaşma əsasında Başqırdıstan arxeoloqlarının Azərbaycanda, Azərbaycan arxeoloqlarının isə Başqırdıstanda işləməsi üçün ilkin razılığa gəlinib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: