Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.12.2022 16:41
  • A-
  • A
  • A+

RSXM-nin seysmik stansiyalarının əməkdaşları üçün treninq keçirilib

RSXM-nin seysmik stansiyalarının əməkdaşları üçün treninq keçirilib

Dekabrın 6-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) respublika ərazisində yerləşən seysmik stansiyaların rəhbərləri və texniki heyəti üçün treninq keçirilib.

Treninqdə seysmik stansiyaların əməkdaşlarına yeni seysmik cihaz və avadanlıqların iş prinsipləri, eləcə də texniki təhlükəsizlik qaydalarına dair məlumatlar çatdırılıb.

Mərkəzin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov bildirib ki, RSXM respublikada zəlzələlərin tədqiqatını aparan yeganə dövlət təşkilatıdır. Hazırda seysmoloji tədqiqatların seysmik stansiyalardan alınan məlumatlar əsasında aparıldığını bildirən icraçı direktor stansiyaların fasiləsiz iş prinsipi ilə işlədiyini bildirərək, stansiya əməkdaşlarının yeni cihazların və avadanlıqların iş prinsiplərini, eləcə də seysmik məlumatların emalında tətbiq olunan yeni texnologiyaları öyrənməsinin vacibliyini önə çəkib.

RSXM-nin baş mühəndisi Ramiz İskəndərov isə seysmik stansiyaların bir çoxunun yüksək dağlıq ərazilərdə olduğunu, orada payız-qış mövsümü ilə bağlı aparılan hazırlıq işləri haqqında danışıb.

Mərkəzin Geodinamika şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov seysmik stansiya əməkdaşlarına seysmik cihaz və avadanlıqların iş prinsipi, GPS məlumatlarının toplanması və s. mövzularda treninq keçib.

Daha sonra RSXM-nin Mülki Müdafiə qərargahının rəisi Cahid Hüseynov seysmik stansiyaların əməkdaşlarını mülki müdafiə tədbirləri haqqında ətraflı məlumatlandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: