Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Rusiyalı alimlər qripin müxtəlif ştamlarına qarşı effektiv vaksin hazırlayıblar
06.12.2022 16:58
  • A-
  • A
  • A+

Rusiyalı alimlər qripin müxtəlif ştamlarına qarşı effektiv vaksin hazırlayıblar

Rusiyada fəaliyyət göstərən N.F.Qamaleya adına Mərkəz qripin müxtəlif ştamları, xüsusən donuz qripi (H1N1), o cümlədən quş qripindən (H5N1) müdafə üçün effektiv vaksin hazırlayıb.

N.F.Qamaleya adına Mərkəzin direktoru Aleksandr Ginzburq bildirib ki, bu kimi preparatla təkrar peyvəndlənməyə 3-4 ildən sonra ehtiyac yaranacaq.

“Biz hazırda bununla məşğuluq, vaksin H1N1 variantından və qripin digər növlərindən, hətta ola bilər ki, quş qripindən (H5N1) müdafiə edəcək. Ümidvarıq ki, bu vaksinlə 3-4 ildən bir peyvəndlənməyə ehtiyac olacaq”, - deyə A.Ginzburq bildirib.

Onun sözlərinə görə, hazırda preparatın tədqiqatının ikinci mərhələsi aparılır.

aztibb.az

  • Paylaş: