Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov və Patent tədqiqatları və innovasiya şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Gülnarə Qasımovanın “Yüksək mexaniki və triboloji xassəyə malik polimer kompozit materiallar” adlı kitabı nəşr olunub.
Kitabda yüksək fiziki-mexaniki, triboloji xassələr göstərən polimer kompozit materialların alınması, tədqiqat metodları və emal texnologiyası haqqında geniş məlumat verilib. Qeyd edilib ki, Azərbaycanın faydalı mineral qazıntılarından və sintetik antifriksion dolduruculardan istifadə etməklə yüksək göstəriciləri olan kompozit materiallar alınıb. Yüksək möhkəmliyə malik və tribotexniki təyinatlı polimer materialların işlənib hazırlanması elmdə prioritet istiqamətlərdəndir. Monoqrafiyada nanokompozitlərin fiziki-mexaniki və tribotexniki xüsusiyyətlərinin yaxşılaşdırılmasının iki əsas istiqamətdə həyata keçirildiyi göstərilib. İşlənib hazırlanan antifriksion materiallar maşınqayırma, aviasiya, avtomobil sənayesi, neft maşınqayırması və b. mexanizmlərin yeyilən detallarında təcrübi istifadə üçün tövsiyə oluna bilərlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.