AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Biblioqrafiya şöbəsinin böyük elmi işçisi Sonaxanım Hadiyevanın (Sona Xəyal) ön söz yazaraq nəşrə hazırladığı “Maştağa şairlərinin növhələri” kitabı çap olunub.
Kitaba XIX-XX əsrlərdə yaşayıb-yaratmış, Maştağa ədəbi mühitinin yetirməsi olan, növhələri, sinəzənləri və sürudları dillər əzbəri olan şairlərin müxtəlif mənbələrdən toplanmış və bu gün də əza məclislərində oxunan əsərləri daxil edilmişdir.
Qeyd edək ki, yeni nəşrin redaktorları islamşünas tədqiqatçı Hacı Həsən Hüseyni və şair Mirzə Dahi Almaszadə, rəyçiləri fəl.e.d., dosent Zəkiyyə Əbilova, fil.ü.f.d. Samirə Əliyeva və Qutiyera Cəfərovadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.