Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Stanislava Plyaskovitska-Rımkeviçin “Məhəmməd Süleyman oğlu Füzuli” kitabı nəşr olunub
15.11.2024 09:10
  • A-
  • A
  • A+

Stanislava Plyaskovitska-Rımkeviçin “Məhəmməd Süleyman oğlu Füzuli” kitabı nəşr olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektorunun Füzuli kitabxanası seriyasından polyak şərqşünası Stanislava Plyaskovitska-Rımkeviçin (1914-1989) “Məhəmməd Süleyman oğlu Füzuli” (Həyat və yaradıcılığının tədqiqi) kitabı işıq üzü görüb.

Qeyd edək ki, kitab müəllif tərəfindən polyak dilində 1973-cü ildə yazılıb. Əsər Ədəbiyyat İnstitutunun Elmi şurasının 15 yanvar 2024-cü il tarixli qərarı ilə nəşr edilib.

İlk dəfə Azərbaycan dilində oxuculara təqdim olunan monoqrafiyanın elmi məsləhətçisi və “Polyak şərqşünaslığının Füzuli səhifəsi” adlı “Ön söz”ünün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir.

Kitabı polyak dilindən tərcümə edən, polyak dilində mətnin elmi redaktoru, “Füzuli Polyak türkologiyasında” giriş sözünün müəllifi Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova, Azərbaycan dilində mətnin elmi redaktoru, “Stanislava Plyaskovitska-Rımkeviç və onun “Məhəmməd Süleyman oğlu Füzuli” monoqrafiyası” giriş sözünün müəllifi Füzulişünaslıq sektorunun müdiri filologiya elmləri doktoru Ataəmi Mirzəyevdir.

228 səhifəlik kitabda Məhəmməd Füzulinin dövrü, mühiti, ədəbi şəxsiyyəti, yaradıcılığı haqqında ətraflı məlumat verilir, şairin “Bəngü-Badə” poemasının polyak dilində tərcüməsi təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: