Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.12.2022 14:10
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun alimi “Dəvətli professor” layihəsində təqdimatla çıxış edib

Radiasiya Problemləri İnstitutunun alimi “Dəvətli professor” layihəsində təqdimatla çıxış edib

Radiasiya Problemləri İnstitutunun alimi, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrasının “Dəvətli professor” layihəsi çərçivəsində keçirilən açıq dərsdə iştirak edib.

S.Həsənov “Ekologiya mühəndisliyi” ixtisası üzrə “Ekoloji monitorinq” fənninin proqramı üzrə təşkil olunan və II kurs tələbələrinin iştirak etdiyi tədbirdə “Avtomobil nəqliyyatının atmosfer çirklənməsinə təsiri və nano katalizatora radiasiyanın təsiri ilə azaldılması yolları” mövzusunda təqdimatla çıxış edib.

Sonda tələbələrin mövzu üzrə çoxsaylı sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: