Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.12.2022 09:50
  • A-
  • A
  • A+

Aşıq Valehin 300 illiyinə həsr olunmuş konfrans keçirilib

Aşıq Valehin 300 illiyinə həsr olunmuş konfrans keçirilib

Ağdam Muğam Mərkəzində Ağdam rayon İcra Hakimiyyəti, AMEA-nın Folklor İnstitutu və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Aşıq Valehin 300 illik yubileyinə həsr olunmuş “Ustad sənətkar” mövzusunda elmi konfrans keçirilib.

Konfransda fil.ü.f.d. Almara Nəbiyevanın Aşıq Valehin yaradıcılığına həsr etdiyi “Qarabağdan səfər etdim” adlı kitab tədbir iştirakçılarına təqdim olunub.

Tədbirin moderatoru yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli ilk sözü Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova verib.

Sonra Folklor İnstitutunun əməkdaşları, dosentlər Qalib Sayılov və İlhamə Qəsəbova Aşıq Valehin həyat və yaradıcılığından geniş şəkildə bəhs ediblər.

Çıxış edənlər Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova və AMEA-nın Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov başda olmaqla, bütün kollektivinə təşəkkür ediblər.

Aşıq Valehin kötücəsi Heyruz Əliyev isə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Konfransın sonunda Ağdam RİH başçısı Vaqif Həsənov tərəfindən qonaqlara təşəkkürnamələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: