Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

29.07.2015 10:27
  • A-
  • A
  • A+

Lerikdə aparılmış arxeoloji qazıntılar zamanı 3000 illik tarixə malik daş qutu qəbirlər aşkarlanıb

Lerikdə aparılmış arxeoloji qazıntılar zamanı 3000 illik tarixə malik daş qutu qəbirlər aşkarlanıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Fransanın Milli Tədqiqatlar Mərkəzi və Parisin Sen-Jermen Milli Muzeyi əməkdaşlarının birgə səyləri ilə Lerik rayonunun Monidigah kəndi ərazisində aparılmış arxeoloji qazıntılar zamanı 3000 illik tarixə malik daş qutu qəbirlər aşkarlanıb.

Bu barədə AMEA  Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji abidələrin külliyyatı şöbəsinin rəhbəri, Cənub-Şərqi Azərbaycanın arxeoloji abidələrinin tədqiqi ekspedisiyasının və Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının rəisi Abuzər Ələkbərov məlumat verib. Onun sözlərinə görə, XIX əsrin sonlarında həvəskar fransız arxeoloq Jak de Morqan və qardaşı Henri Morqan Lerikdə arxeoloji kəşfiyyat aparıblar. Həmin işlərin nəticəsi olaraq son Tunc və ilk Dəmir dövrünə aid daş qutu qəbirlər  və xeyli miqdarda arxeoloji materiallar üzə çıxarılıb. Tapılan materiallar, o cümlədən keramika məmulatları, bəzək əşyaları, silahlar və s. Fransaya aparılıb və hazırda Sen-Jermen Muzeyində mühafizə olunmaqdadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: