Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

14.01.2023 17:35
  • A-
  • A
  • A+

Azərbaycanda ilk dəfə məhkəmə arxeologiyası və antropologiyasına dair beynəlxalq konfrans keçiriləcək

Azərbaycanda ilk dəfə məhkəmə arxeologiyası və antropologiyasına dair beynəlxalq konfrans keçiriləcək

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Türkiyədən gəlmiş  Beynəlxalq Qızıl Xaç Komitəsinin məhkəmə-tibbi ekspertiza məsələləri üzrə koordinatoru  M.Elif Günçe Eskiköy, məhkəmə-tibb eksperti Uyum Vehit və Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədovla görüş keçirilib.

Görüşdə institutun baş direktoru, professor Abbas Seyidov, icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov, elmi katibi, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev və Antropologiya Mərkəzinin rəhbəri, professor Əliağa Məmmədli iştirak ediblər.

Görüş zamanı 22-24 may 2023-cü il tarixlərində Bakı şəhərində “Məhkəmə arxeologiyası və antropologiyası” mövzusunda I beynəlxalq konfransın keçirilməsi qərara alınıb. Həmçinin tərəflərin iştirakı ilə İşçi qrupun yaradılması barədə müzakirələr aparılıb və öhdəliklər qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: