Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2023 10:27
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilmiş iclası keçirilib.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə institutun baş direktoru, t.e.d., professor Abbas Seyidov 20 Yanvar faciəsi haqqında geniş məruzə ilə çıxış edərək bildirib ki, faciənin səhərisi günü - 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib.

Həmçinin institutun Həmkarlar Təşkilatının sədri, t.ü.f.d., dosent Pirağa İsmayılzadə, t.e.d., şöbə müdirləri, professorlar Qafar Cəbiyev, Əsədulla Cəfərov və Əliağa Məmmədli çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının taleyində unudulmayacaq gün olduğunu bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: