Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2023 15:25
  • A-
  • A
  • A+

20 Yanvar hadisələri xalqımızın azadlıq uğrundakı mübarizəsi və qəhrəmanlıq dastanıdır

20 Yanvar hadisələri xalqımızın azadlıq uğrundakı mübarizəsi və qəhrəmanlıq dastanıdır

Radiasiya Problemləri İnstitutunda 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib.

Anım tədbirində çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev 20 Yanvar hadisələrinə dair fikirlərini bölüşüb, eləcə də həmin dövrki ictimai-siyasi vəziyyət və xalqımızın azadlıq uğrundakı mübarizəsi və qəhrəmanlıq dastanı haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonra çıxış edən institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Əli Məmmədov 20 Yanvar faciəsi haqqında statistik məlumatları diqqətə çatdırıb, həmçinin Azərbaycan xalqına qarşı törədilmiş sözügedən cinayətin əslində insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı olduğunu bildirib.

Tədbirdə daha sonra çıxış edən institut alimləri – Rəhim Mədətov, Hökmən Mahmudov, Nüşabə Hacıyeva, Bəxtiyar Nəcəfov və Nizami Hüseynov milli azadlıq mübarizəsinin qəhrəmanlarına, yeni nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində örnək olan şəhidlərimizə Allahdan rəhmət diləyib, igid vətən övladlarının fədakarlığının və əziz xatirəsinin hər zaman böyük ehtiramla yad edildiyini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: