Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2023 15:55
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Neft və Qaz İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Neft və Qaz İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə institutun icraçı direktoru, g.-m.e.d., prof. Vaqif Qurbanov 20 Yanvar Ümumxalq Hüzn Gününün 33-ci ildönümü ilə əlaqədar baş verən faciədən danışıb. Qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticədə yüzlərlə insanın qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın idi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Sovet Ordusu qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. 20 Yanvar hər zaman xalqımızın tarixində həm hüzn günü, həm də qəhrəmanlıq salnaməsi kimi xatırlanacaqdır.

Sonra institutun Həmkarlar Təşkilatının sədri Nuhbaba Şıxıyev, əməkdaşları Lətif Sultanov, Məhərrəm Mextiyev, Kənan Babazadə və Rahilə Əliyeva çıxış edərək 20 Yanvar günü baş verən hadisələr haqqında danışıblar.

Tədbirində sonunda Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədlinin hazırladığı slayd təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: