Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.01.2023 10:52
  • A-
  • A
  • A+

Arxeoloq alimlər ölkə başçısının Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşündən irəli gələn məsələləri müzakirə ediblər

Arxeoloq alimlər ölkə başçısının Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşündən irəli gələn məsələləri müzakirə ediblər

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclasda müzakirə edilən başlıca məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2022-ci il tarixdə Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşü barədə olub.

Elmi şuranı giriş sözü ilə institutun baş direktoru, t.e.d., professor Abbas Seyidov açaraq ölkə başçısının görüş zamanı dərin məzmunlu nitqindən irəli gələn məsələlərdən və bununla bağlı müəssisə əməkdaşlarının üzərinə düşən vəzifələrdən danışıb.

Sonra məsələ ilə bağlı institut əməkdaşlarının çıxışları dinlənilib. Natiqlər qeyd ediblər ki, ermənilər daim ölkəmizə qarşı yeni-yeni torpaq iddialarında olub və sovet rəhbərliyinin əli ilə azərbaycanlıları dədə-baba yurdu Qərbi Azərbaycan torpaqlarından zaman-zaman deportasiya ediblər.

İclasda, həmçinin Tarixi etnoqrafiya şöbəsinin müdiri, t.e.d., dosent İlhamə Məmmədova akademik Teymur Bünyadovun 95 illik yubileyi, həyat və yaradıcılığını əhatə edən məruzə ilə çıxış edib.

Sonda cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: