Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kimyaçı alim beynəlxalq rəyçi sertifikatına layiq görülüb
27.01.2023 11:43
  • A-
  • A
  • A+

Kimyaçı alim beynəlxalq rəyçi sertifikatına layiq görülüb

Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, dosent Əfsun SucayevElsevier” nəşriyyatının “Molekulyar struktur” jurnalının (Journal Molecular Structure) redaksiya heyəti tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb.

O, son bir ildə adı qeyd olunan jurnaldan daxil olunan 15 məqaləyə rəy verib.

Qeyd edək ki, “Molekulyar struktur” jurnalı 1968-ci ildən “Elsevier ScienceDirect” tərəfindən dərc olunan elmi nəşrdir. İmpakt faktoru 3.841 olan jurnal “Web of Science” bazasına daxildir.

Nəşrə daxil olan məqalələrdə kimyanın molekulyar quruluş kimi nəzəri məsələri müzakirə olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: