Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.01.2023 14:37
  • A-
  • A
  • A+

Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin İrandakı səfirliyinə hücumla bağlı paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin İrandakı səfirliyinə hücumla bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı paylaşım edib.

Paylaşımda bildirilir: “Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı zamanı həlak olmuş həmvətənimiz, baş leytenant Əsgərov Orxan Rizvan oğlunun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Yaralıların tezliklə sağalması üçün dua edirəm. Uca Tanrı Azərbaycan xalqına yar olsun!”.

  • Paylaş: