Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.01.2023 17:12
  • A-
  • A
  • A+

Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” müzakirə edilib

Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” müzakirə edilib

Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan dosent İradə Musayeva bildirib ki,  türkoloji düşüncənin tarixi qədimdir. Dövlətimiz türkoloji məsələlərə böyük dəyər verir. Müasir dövrümüzdə türkdilli xalqlar arasında sosial-iqtisadi, mədəni əlaqələr genişlənir, türkoloqlar tərəfindən dil sahəsindəki əlaqələrə vaxtaşırı nəzər salınır və inteqrasiyaya, ümumtürk dilləri arasında uyğunlaşmaya və özünəqayıdışa güclü diqqət yetirilir.

İclasda çıxış edən Dilçilik İnstitutunun baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli ölkədə türkologiya ilə bağlı müxtəlif tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, türk xalqlarının birliyini özündə ehtiva edən türkologiya elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Tədbir bu sahədə olan ən son yeniliklərin ortaya qoyulmasına və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsinə müsbət təsir edəcək.

Tədbirdə professor Tofiq Məlikli “Türkologiyanın aktual problemləri” mövzusunda məruzə ilə çıxış edib.

İclasda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, icraçı direktoru dosent Baba Məhərrəmli, elmi katibi filologiya elmləri doktoru Aynel Məşədiyeva, professorlar Mayıl Əsgərov, İsmayıl Kazımov, Zemfira Əliyeva, dosent Aysel Qəribli , elmi işçilər Dilbər Camali və Arzu İsgəndərzadə iştirak ediblər.

İclasda professorlar İsmayıl Kazımov, Mayıl Əsgərov, Zemfira Əliyeva çıxış edərək türkologiyanın hərtərəfli inkişafı ilə bağlı fikirlərini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: