Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.01.2023 18:20
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda “Fəlsəfə doktoru tədqiqatı üzrə “Web of Science” axtarış bazasından istifadə qaydaları” mövzusunda seminar keçirilib

Dendrologiya İnstitutunda “Fəlsəfə doktoru tədqiqatı üzrə “Web of Science” axtarış bazasından istifadə qaydaları” mövzusunda seminar keçirilib

Dendrologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Xəlilovun təşkilatçılığı ilə “Fəlsəfə doktoru  tədqiqatı üzrə  “Web of Science” elmi axtarış bazasından istifadə qaydaları” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Dendrologiya İnstitutunun baş direktor vəzifəsini icra edən b.ü.f.d., dosent Minarə Həsənova “Fəlsəfə doktoru tədqiqatı üzrə “Web of Science”axtarış bazasından istifadə qaydaları” mövzusunun faydalı, yeniliklərlə zəngin aktual və maraqlı olduğunu vurğulayaraq məruzəçiyə söz verib.

Məruzəçi dünyanın ən böyük elmi-tədqiqat platforması olan və “Clarivate Analytics” bazasında yer alan “Web of Science” elmi məlumat bazasından istifadə qaydaları haqqında geniş məlumat verərək, fəlsəfə doktorluq tədqiqatı zamanı doktorantların elmi tədqiqatları daha səmərəli aparmaları üçün “Web of Science” bazasının əvəzolunmaz elmi məlumat mənbəyi olduğunu seminar iştirakçılarının diqqətinə çatdırıb. Təqdim olunan slayd və videoçarxda institutun elmi əməkdaşlarının “Web of Science” elmi axatarış bazasından istifadəsini asanlaşdırmaq üçün məlumatlar yer alıb. “Web of Science” Core Collection bazası haqqında ilkin biliklər, “Web of Science” sistemindən qeydiyyatdan keçmək qaydası və InCites Journal Citation Reports, Master Journal List xidmətləri haqqında, biologiya elminin müvafiq istiqamətləri üzrə qruplaşdırılmış “Web of Science” və “Scopus” indeksli jurnalların siyahısı bazadan istifadə qaydaları, o cümlədən məqalələrin, jurnalların bazaya yerləşdirilməsi, axtarış sistemindən necə istifadəsi diqqətə çatdırılıb.

Qeyd edək ki, “Web of Science” bazası 2016-cı ildən Clarivate Analitics şirkəti tərəfindən idarə olunur və bu platforma özündə təbiət, texniki, sosial və humanitar elmlər haqqında məlumatları əks etdirən elmi nəşrləri birləşdirir. “Web of Science”də indekslənən jurnallar dünyanın elm ictimaiyyətində yüksək status və təsir gücünə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: