Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Seysmoloji Xidmət Mərkəzi ilə Milli Aerokosmik Agentliyinin nümayəndələri arasında görüş keçirilib
27.01.2023 18:30
  • A-
  • A
  • A+

Seysmoloji Xidmət Mərkəzi ilə Milli Aerokosmik Agentliyinin nümayəndələri arasında görüş keçirilib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədilə hər iki qurumun nümayəndələri arasında növbəti görüş keçirilib.

Görüşdə AMEA nəzdində RSXM-nin Geodinamika şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov  və Beynəlxalq əlaqələr  şöbəsinin müdiri Telman Cəfərov, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika elmlər doktoru, professor  Elçin İsgəndərzadə və institutun elmi işlər üzrə direktor müavini Rövşən Ramazanov iştirak ediblər.

Görüşdə RSXM və Aerokosmik Agentlik arasında əməkdaşlığın genişləndirilməsi, tərəflər arasında təcrübə mübadiləsinin aparılması, gələcəkdə İnSAR (interferometrik sintetik diyafram radarı) və GPS məlumatları sahəsində əməkdaşlıq, eləcə də gələcəkdə birgə layihələrdə iştirak kimi məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: