Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyində 350-400 min il bundan əvvəl yaşamış qadının alt çənə sümüyü qorunur
31.01.2023 15:06
  • A-
  • A
  • A+

Tarix Muzeyində 350-400 min il bundan əvvəl yaşamış qadının alt çənə sümüyü qorunur

Milli Azərbaycan Tarixi Muzeyində 1968-ci ildə Füzuli rayonu ərazisindən arxeoloji qazıntılar zamanı tapılmış, 350-400 min il bundan əvvəl yaşamış 18-20 yaşlarında qadının alt çənə sümüyü qorunur.

Erkən paleolit dövrünə aid olan bu nadir tapıntının yaşı azərbaycanlı paleontoloq Dəmir Hacıyev, eləcə də fransız alimi Lümleyn tərəfindən təsdiq olunub. Ona görə də Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilib.

Sözügedən eksponat hazırda muzeyin Xüsusi fondunda qorunur və tezliklə yeni qurulan ekspozisiyada nümayiş olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: