Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.01.2023 16:12
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda “Heydər Əliyev İli” ilə əlaqədar müsabiqə keçiriləcək

Neft-Kimya Prosesləri İnstitutunda “Heydər Əliyev İli” ilə əlaqədar müsabiqə keçiriləcək

Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutun baş direktoru, akademik Vaqif Abbasov Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına əsasən, instututun 35 yaşa qədər olan doktorant və dissertantlar arasında institutdaxili müsabiqə keçirilməsini təklif edib.

Akademik Vaqif Abbasov qeyd edib ki, müsabiqənin əsas məqsədi istedadlı gəncləri üzə çıxararaq həvəsləndirmək, onlara elmi araşdırma və təhlil aparmaq bacarıqlarını nümayiş etdirmək imkanı yaratmaqdan ibarətdir. Əsas diqqət tətbiq yönümlü elmi tədqiqatlara yönəldilməlidir. Akademik Vaqif Abbasov bildirib ki, ən yaxşı lahiyələr mükafatlandıracaq. Belə ki, birinci yerin qalibinə 3000 manat, ikinci yerin qalibinə 2000 manat, üçüncü yerin qalibinə isə 1500 manat verilməsi nəzərdə tutulur.

Müsabiqənin nəticəsi aprel ayının birinci yarısında açıqlanacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: