Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Görkəmli dövlət xadimi Heydər Əliyevin dil siyasəti və ana dilinin müasir problemləri” mövzusunda konfrans keçiriləcək
01.02.2023 14:43
  • A-
  • A
  • A+

“Görkəmli dövlət xadimi Heydər Əliyevin dil siyasəti və ana dilinin müasir problemləri” mövzusunda konfrans keçiriləcək

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq Nəsimi adına Dilçilik İnstitutunda “Görkəmli dövlət xadimi Heydər Əliyevin dil siyasəti və ana dilinin müasir problemləri” adlı respublika elmi konfransı keçiriləcək.

Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaq:

-  Heydər Əliyev və dil siyasəti;

-  Heydər Əliyev və nitq mədəniyyəti;

-  Ümumi dilçilik məsələləri;

-  Dil tarixi;

-  Müasir Azərbaycan dili.

Mövzular üzrə məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur.

Məqalə müəlliflərinin nəzərinə:

-  Mətnin həcmi 5 səhifə, 12 ölçüdə, Times New Roman şrifti ilə;

-  Məqalə A4 formatda, hər tərəfdən 2 sm., 1 interval ölçü ilə;

- Ədəbiyyat siyahısı əlifba üzrə; 

- İstinadlar kvadrat mötərizədə, sıra nömrəsi və səhifə [7, 21] göstərilərək yazılmalıdır.

Konfransda iştirak etmək üçün məqalələr 01.04.2023-cü il tarixinədək konfransdilcilik100@gmail.com  elektron ünvanına göndərilməlidir. 

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilmir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: