Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.02.2023 15:46
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” mövzusunda seminar keçirilib

Polimer Materialları İnstitutunda “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” mövzusunda seminar keçirilib

Polimer Materialları İnstitutunda Təchizat və Xidmət şöbəsinin mühəndisi Vaqif İbrahimov tərəfindən “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” mövzusunda seminar keçirilib.

Seminarda institutun əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədi ilə təhlükəsizlik texnikası qaydaları, yanğından mühafizə tədbirləri, odsöndürən vasitələrin növləri və istifadə qaydaları haqqında ümumi məlumat və təlimatlar verilib. Onlara təhlükəsiz iş şəraitinin təmin edilməsi ilə bağlı video-çarxlar nümayiş olunub.

4 gün davam edən seminarda Vaqif İbrahimov təhlükəsizlik texnikası qaydalarına düzgün riayət olunması, mövcud olan nöqsanların aradan qaldırılması və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə müvafiq tövsiyə və göstərişlər verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: