Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Neft-Kimya Prosesləri İnstitutunda Gənclər günü münasibəti ilə tədbir keçirilib
02.02.2023 16:50
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda Gənclər günü münasibəti ilə tədbir keçirilib

Neft-Kimya Prosesləri İnstitutunda Gənclər günü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Elmi şuranın üzvləri və yaşı 35-ə qədər olan gənc əməkdaşlar iştirak ediblər.

Tədbir açan institutun baş direktoru, akademik Vaqif Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2023-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncamında sözügedən müəssisənin əməkdaşı, kimya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Mehriban Nağıyevanın da olduğunu bildirib.

Qeyd edək ki, M.Nağıyeva Moskva Dövlət Universitetinin Bakı filialının bakalavr (2015-ci il) və magistr (2017-ci il) pillələrini bitirib. Eyni zamanda M.Nağıyeva Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə 2022-ci ildə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Tədbirin sonunda akademik Vaqif Abbasov qeyd edib ki, institutda yaşı 35-ə qədər olan 161 nəfər əməkdaş çalışır. İnstitutun 54 əməkdaşına Fəxri fərman və pul mükafatı verilməsi haqqında qərar qəbul olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: