Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.02.2023 17:10
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutunda Gənclər gününə həsr olunmuş tədbir keçirilib

Genetik Ehtiyatlar İnstitutunda Gənclər gününə həsr olunmuş tədbir keçirilib

Genetik Ehtiyatlar İnstitutunda (GEİ) Gəncləri Gününə həsr olunan toplantı keçirilib.

Tədbirdə GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov müəssisənin bütün gənclərini, elmi işçilərini, doktorant və magistrantlarını əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan dünyada öz tolerantlığı ilə öndə gedən dövlət olmaqla yanaşı, həm də demokratikliyi, sülhsevərliliyi, beynəlmiləlçiliyi ilə də seçilən ölkədir. MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Gənclər günü Azərbaycanda 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsdiq olunub. Dünyada isə yalnız 1998-ci il ildə BMT-nin qərarı ilə avqustun 12-si Gənclər günü elan edilib.

Baş direktor əlavə edib ki, gənclərə iqtisadiyyatın bütün sahələrində, o cümlədən təhsil və elmə yiyələnməsində  dövlət tərəfindən daima xüsusi diqqət yetirilir. GEİ-də də gənclər həmişə diqqət mərkəzində olublar. Onun sözlərinə görə, son 20 il ərzində 100 nəfərə yaxın gənc elmi tədqiqat işlərinə cəlb edilib, onlarla gənc elmi tədqiqatçı dünyanın tanınmış elmi mərkəzlərinə öz təhsillərini davam etdirməsi və ya istisaslaşma məqsədilə göndərilib. Hazırda institutun 10 nəfər əməkdaşı xarici universitetlərdə doktorantura və post-doktorantura səviyyələrində təhsillərini davam etdirirlər. İnstitutun 2015-ci ildən fəaliyyət göstərən Təhsil şöbəsində magistraturanı 4 ixtisas üzrə ümumilikdə 25 nəfər tələbə bitirib və 13 magistrant isə təhsilini davam etdirir.

Zeynal Əkpərov milli genofondun beynəlxalq təcrübələrə uyğun səviyyədə tədqiqatı və mühafizə edilməsi istiqamətində ölkənin bioloji elmlər sahəsində inkişafının dayanaqlığına GEİ-nin gənc alim və mütəxəssislərinin öz töhfələrini verəcəyinə əmin olduğunu bildirib.

İnstitutun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, b.ü.f.d. Vəli Qarayev gəncləri təbrik edib, ölkəmizdə gənclərə dövlət qayğısının həmişə yüksək olduğunu, müstəqil ölkənin vətəndaşı olaraq xoşbəxt gənclər olduqlarını bildirib, gələcək elmi fəaliyyətlərində onlara uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: