Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.02.2023 17:55
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Gənclər Günü münasibətilə tədbir keçirilib

Fizika İnstitutunda Gənclər Günü münasibətilə tədbir keçirilib

Fizika İnstitutunda 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

Tədbiri institutun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru Hüseyn İbrahimov açaraq əlamətdar gün münasibətilə bütün gəncləri, o cümlədən Fizika İnstitunda çalışan gənc alim və mutəxissləri təbrik edib. Bildirib ki, gənclər hər bir dövlətin gələcəyi, cəmiyyətin aparıcı qüvvəsidir. 

Tədbir İnstitutun elmi işçisi, Aynur Qəhrəmanovanın çıxışı ilə davam edib. O, institutda gənc alimlərin elmi fəaliyyətlə məşğul olması üçün hər cür şəraitin yaradıldığını bildirib. Qeyd edib ki, daim dövlətimiz tərəfindən gənclərə diqqət və qayğı göstərilir. O, Ümummili Lider Heydər Əliyevin gənclərə həmişə yüksək qayğı göstərərək, onlarla bağlı məsələlərin həllini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müyyənləşdirdiyini bildirib. Qeyd edib ki,  Ulu Öndərimiz Azərbaycanda dövlət gənclər siyasətinin təməlini qoyub və bu gün Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bunun nəticəsində gənclərimiz ölkə həyatının bütün sahələrində yüksək fəallıq nümayiş etdirirlər.

Tədbirdə, həmçinin institutun kiçik elmi işçisi Zibeydəxanım Haqverdiyeva çıxış edərək Azərbaycan gənclərinə göstərilən diqqət və qayğıdan danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: