Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

TÜBA prezidenti akademik İsa Həbibbəyliyə təşəkkür məktubu ünvanlayıb
07.02.2023 18:51
  • A-
  • A
  • A+

TÜBA prezidenti akademik İsa Həbibbəyliyə təşəkkür məktubu ünvanlayıb

Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti, professor Müzəffər Şəkər AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə təşəkkür məktubu ünvanlayıb.

“Ölkəmizdə baş verən zəlzələ ilə bağlı göndərdiyiniz məktubu aldım. Dəyərli fikirlərinizə görə çox təşəkkür edirəm. Dost və qardaş ölkə Azərbaycanın hər zaman yanımızda olduğunu bilmək bizə güc və inam verir. Azərbaycana dəstəklərinə görə təşəkkürümüzü bildiririk”, - deyə professor Müzəffər Şəkər məktubunda vurğulayıb.

Qeyd edək ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli fevralın 6-da TÜBA prezidenti, professor Müzəffər Şəkərə, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Yüksel Ozgenə və Türkiyə Elm və Texnoloji Araşdırma Qurumunun (TÜBİTAK) rəhbəri, professor Hasan Mandala qardaş ölkədə baş vermiş güclü zəlzələ ilə bağlı başsağlığı məktubları göndərib.

Məktublarda akademik İsa Həbibbəyli dəhşətli zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verib, yaralılara Allahdan şəfa diləyib, həmçinin bütün xalqımız kimi, AMEA-nın kollektivinin də türkiyəli qardaşlarımızla həmrəy olduğunu bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: