Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.02.2023 16:58
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutunda rusiyalı mütəxəssislərlə görüş keçirilib

Memarlıq və İncəsənət İnstitutunda rusiyalı mütəxəssislərlə görüş keçirilib

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Teatr, kino və televiziya şöbəsinin təşkilatçılığı ilə rusiyalı teatrşünas, sənətşünaslıq doktoru, Rusiya Səhnə Sənətləri İnstitutunun (Sankt-Peterburq) professoru Natalya Skoroxod və kinoşünas-rejissor, Sankt-Peterburq Kino və Televiziya Universitetinin dosenti Oleq Kovalovla görüş keçirilib.

Təbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə qonaqları və tədbir iştirakçılarını salamlayaraq, belə görüşlərin keçirilməsinin xalqlarımızın və mədəniyyətlərimizin elm və sənət sahəsində mübadiləsi, inteqrasiyası baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.

Daha sonra institutun Teatr, kino və televiziya şöbəsinin böyük elmi işçisi, Əməkdar incəsənət xadimi Ayaz Salayev sankt-peterburqlu qonaqların elmi-yaradıcılıq nailiyyətlərindən danışaraq, sözü professor Natalya Skoroxoda verib.

Tanınmış rusiyalı teatrşünas alim Natalya Skoroxod tədbir iştirakçıları qarşısında “Rusiya dramaturgiyası: yeni nə var?” mövzusunda məruzə ilə çıxış edib. Foto-illüstrasiya və slaydlarla müşayiət olunan məruzə dinləyicilər tərəfindən çox maraqla qarşılanıb.

Sonda iştirakçılarının çox sayda suallarını cavablandıran N.Skoroxod tədbirin təşkilinə görə institutun rəhbərliyinə öz minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: