Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

28.02.2023 11:54
  • A-
  • A
  • A+

Akademik Şahin Mustafayev Qazaxıstanın xarici işlər nazirinin birinci müavini ilə görüşüb

Akademik Şahin Mustafayev Qazaxıstanın xarici işlər nazirinin birinci müavini ilə görüşüb

Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Qazaxıstan Respublikasının xarici işlər nazirinin birinci müavini Kanat Tumış ilə görüşüb.

Akademik Şahin Mustafayev cari ildə görülən işlər barədə Kanat Tumışa məlumat verib, Akademiyanın gələcəkdə icrası nəzərdə tutulan layihələrindən danışıb.

Görüşdə Xarici İşlər Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək birgə tədbirlərin, o cümlədən Hoca Əhməd Yəsəvinin 930 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın, eləcə də digər tədbirlərin təşkilinə dair razılıq əldə olunub.

Tərəflər, həmçinin elmi tədqiqat layihələrinin mövzuları və Akademiyaya üzv dövlətlərin təhsil və elm nazirlərin iştirakı ilə Bişkekdə keçiriləcək Beynəlxalq Türk Akademiyasının Elmi Komitəsinin VI iclasında təsdiqlənəcək Türk dünyasının mühüm yubileylərinin siyahısı ilə bağlı fikir mübadiləsi aparıblar.

Kanat Tumış Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirdiklərini və təşəbbüslərini dəstəklədiklərini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: