Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.02.2023 15:42
  • A-
  • A
  • A+

“Ənvər Əhmədov fəlsəfə tarixçisi kimi” mövzusunda elmi seminar keçirilib

“Ənvər Əhmədov fəlsəfə tarixçisi kimi” mövzusunda elmi seminar keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Azərbaycan fəlsəfə tarixi şöbəsində “Ənvər Əhmədov fəlsəfə tarixçisi kimi” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə institutun Azərbaycan fəlsəfə tarixi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Arzu Hacıyeva Azərbaycanın görkəmli filosof-alimi Ənvər Əhmədovun həyat və yaradıcılıq yoluna qısa nəzər salıb, sovet dövrü filosoflarının irsinin dövrün özəllikləri və bu günün reallıqları baxımından öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

Şöbənin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Zaur Rəşidov Ənvər Əhmədovun Azərbaycan fəlsəfəsi tarixinə həsr edilmiş əsərləri üzrə onun yaradıcılığına xas əsas məqamları təhlil edib və sualları cavablandırıb. Seminarda fəlsəfə elmləri doktorları Arzu Hacıyeva, Ziba Ağayeva və Rafail Əhmədov, fəlsəfə üzrə fəlsəfə doktorları Faiq Ələkbərli, Rəşad Əsgərov, Nicat Məmmədov və Əli İbrahimov mövzu ətrafında mülahizələrini bölüşüblər.

Tədbirdə Bakı Slavyan Universitetinin tələbələri iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: